Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:55

Bişkekdə etiraz aksiyası keçirilir


Bişkekdə Milli Təhlükəsizlik Komitəsinin binası qarşısında etiraz aksiyası keçirilir.
Aksiyada 50-ə yaxın adam iştirak edir.

Onlar müxalifətdə olan “Ata yurd” partiyasının liderlərinin azad edilməsini tələb edirlər.

Müxalifət liderləri hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə aparılan istintaq çərçivəsində ittiham olunurlar.

Həmçinin bu gün ölkənin cənubundakı Calal-Abad şəhərində eyni tələblə aksiya keçirilib.
“Ata yurd” partiyası bundan əvvəl bütün ölkə boyu aksiyalar təşkil edəcəyini bəyan etmişdi.

Müxalifət lideri Bişkekdə keçirilmiş mitinq zamanı hökumət evinə soxulmaq istəyərkən həbs ediliblər.

Həmin vaxt polislə toqquşmada 12 nəfər xəsarət alıb, 28 nəfərsə saxlanıb.
XS
SM
MD
LG