Keçid linkləri

2026, 14 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:51

Ermənistan hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan imtina etdi

-
Ermənistan hökuməti «Dağlıq Qarabağ Respublikasının tanınması haqqında» qanun layihəsini rədd edib.

Bu barədə oktyabrın 4-də Ermənistanın PanARMENIAN.Net saytı məlumat yayıb.

Ermənistan Xarici İşlər nazirinin müavini Shavarsh Kocharyan deyib ki, indiki halda belə bir qanun layihəsi nəinki məqsədəuyğun, heç müzakirə mövzusu deyil.

Layihəni Ermənistan hökumətinə parlamentin «İrs» fraksiyasından olan deputat Zaruhi Postanjyan təqdim edib.
This item is part of
XS
SM
MD
LG