Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Obama debatda Romneyə uduzub


Rəy sorğularına görə, ABŞ prezidentliyinə namizəd respublikaçı Mitt Romney dünənki debatda Demokrat partiyasından olan rəqibi Barack Obamadan uğurlu çıxış edib.

CNN-in məlumatına görə rəyi soruşulan 4 nəfərdən təxminən 3-ü üstünlüyü Romneyə verib.

Denver şəhərində keçirilən debatı 50 milyona yaxın amerikalı izləyib.

Mitt Romney prezident Barack Obamanı kiçik biznesin maraqlarına məhəl qoymamaqda günahlandırıb.

Obama isə deyib ki, Mitt Romneyin vergi proqramı ilk növbədə varlı təbəqənin maraqlarına xidmət edir.

Bundan sonra daha 2 debat olacaq.

Birləşmiş Ştatlarda növbəti prezident seçkisi noyabrın 6-da keçiriləcək.
XS
SM
MD
LG