Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:44

Casus qalmaqalında Azərbaycanın da adı hallanır


ABŞ-da cinayət işi açılmış keçmiş SSRİ-dən olan 11 nəfərdən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

Onlar qanunsuz olaraq Rusiyaya 50 milyon dollarlıq hərbi təyinatlı elektrotexnika çıxarmaqda ittiham olunurlar.

Onlardan biri Aleksandr Fishenkonun Azərbaycan və Rusiya vətəndaşı olduğu bildirilir.
ABŞ rəsmilərinin məlumatına görə o təkcə bu il 2 dəfə Rusiyaya gedib.
Onun keçmiş həyat yoldaşı və qızı Azərbaycanda ,bir qızı isə İtaliyada yaşayır.
2001-ci ildə Birləşmiş Ştatlara getmiş Fishenko 2008-ci ildə ABŞ vətəndaşlığı alıb.

Qanunsuz əməliyyatın bir qismi Aleksandr Fishenko və onun həyat yoldaşına məxsus “Arc Electronics” şirkəti vasitəsilə həyata keçirilib.

Məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu məsələdə Rusiya kəşfiyyatının əli olmadığını bəyan edib.

Qeyd edək ki, həbs edilmiş 11 nəfərdən bir neçəsinin Rusiya vətəndaşı olduğu bildirilir.
Onlar əsasən ABŞ və Rusiya şirkətləri vasitəsilə Rusiyaya mikroelektronika göndərməkdə ittiham olunurlar ki, bundan hərbi məqsədlərdə istifadə oluna bilər.

Birləşmiş Ştatlarda bu cür məhsullar ciddi dövlət nəzarətindədir.
XS
SM
MD
LG