Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:14

Tehran polisi "Böyük bazar"da reyd keçirib


İran polisi Böyük bazarda qanunsuz valyuta alverçilərinə qarşı reyd keçirib.

Məlumatlara görə şəhərin Firdovsi küçəsi və mərkəzində polislə etirazçılar arasında toqquşma olub.
Həbs olunanlar var.

Firdovsi küçəsində əsasən kiçik valyutadəyişmə məntəqələri və qanunsuz birja dəllaları fəaliyyət göstərir.

İlin əvvəllərindən bu yana İranda milli valyutanın dəyəri 80 faizdən çox düşüb.

Rəsmi puldəyişmə məntəqələri hesab edir ki, hökumət “Rial”ın güclənməsi istiqamətində qəti addımlar atmalıdır.

İran prezidenti Mahmud Ahmedinejad qərb ölkələrini İrana qarşı iqtisadi müharibəyə başlamaqda ittiham edib.

Qərb ölkələri nüvə proqramına qarşı İrana qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Onlar Tehranı gizlicə nüvə silahı üzərində işləməkdə günühlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.
XS
SM
MD
LG