Keçid linkləri

2026, 12 İyul, bazar, Bakı vaxtı 18:58

Nigeriyada tələbə yataqxanasına hücum olub, 26 nəfər öldürülüb

Nigeriyanın şimalındakı Mubi şəhərində komendant saatı tətbiq olunub. Dünən gecə tələbə yataqxanasına edilən hücum nəticəsində 26 nəfər öldürülüb. Ölənlər arasında xristianlar və müsəlmanlar olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlı adamlar zorla yataqxanaya soxulub. Tələbələri otaqlardan çıxarandan sonra onlara divan tutub.

Bu ərazidə radikal islamçı qruplaşmalar fəaliyyət göstərir.

Hələlik qətlə görə məsuliyyəti heç bir qruplaşma üstünə götürüb.
This item is part of
XS
SM
MD
LG