Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:54

Malidə camaatın gözü qarşısında edam həyata keçirilib



Malinin şimalında Timbukt şəhərində radikal islamçılar qonşusunu qətlə yetirməkdə ittiham olunan bir nəfəri edam edib. Edam camaatın gözü qarşısında həyata keçirilib.

Bu haqda radikal islamçı qrup “Ansar ad-Din”in nümayəndəsi məlumat verib. Bu qruplaşma Malinin şimalındakı ərazilərdə hakimiyyəti ələ keçirib.

Malidə keçən ilin martında baş verən dövlət çevrilişindən sonra qeyri-stabillik yaranıb.
XS
SM
MD
LG