Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Naxçıvanda hüquq-mühafizə orqanlarına qayğı artır


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 9 avqust 2012. sayı: 149 (20.554)


UĞURLU İQTİSADİ SİYASƏT VƏ DİNAMİK İNKİŞAF

…Sonrakı mərhələdə Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və çevik iqtisadi strategiya nəticəsində iqtisadi inkişaf da sürətlənmiş və Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri – neft sektorunun inkişaf etdirilməsi məqsədinə çatmaq olmuşdur…

…Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, muxtar respublikamızda qəbul edilmiş «Naxçıvan Muxtar Respublikasının 2009 – 2013-cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, həyata keçirilmiş tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermişdir. Danılmaz faktdır ki, muxtar respublikada ölkənin ümumi iqtisadi siyasətinə uyğun həyata keçirilən islahatlar sayəsində Naxçıvan blokada şəraitində olmasına baxmayaraq, sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın digər iqtisadi rayonları arasında öncül yerlərdən birini tutur.

HÜQUQ – MÜHAFİZƏ ORQANLARINA QAYĞI ARTIR

Hüquq-mühafizə orqanlarının iş şəraitinin daha da yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi məqsədilə cari ilin ötən dövrü ərzində də müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, bu dövrdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin, Naxçıvan Şəhər Gömrük İdarəsinin, Naxçıvan Şəhər və Babək Rayon prokurorluqlarının yeni inzibati binaları istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Şəhər Məhkəməsinin, Naxçıvan Qarnizonunun Hərbi Polis İdarəsinin, Şərur, Şahbuz və Culfa Rayon məhkəmələri binalarının təmiri başa çatdırılmışdır. Hazırda «N» saylı hərbi hissənin qərargah binasının, Sədərək rayonunda 1 saylı Sərhəd Dəstəsinin, Ordubad Rayon Polis Şöbəsinin Biləv Bölməsinin inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki – Müdafiə Alayında avtomobil parkının tikintisi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin, Naxçıvan Şəhər Hərbi Məhkəməsinin binalarında təmir işləri davam etdirilir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Ordubad və Sədərək rayonlarında taxıl biçini başa çatıb
- Yarım ilə yekun vurulub
- Şahmat yarışı
XS
SM
MD
LG