Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 06:14

Murakami Çinlə Yaponiyanı “millətçilik isterikası”nda ittiham etdi


Haruki Murakami
Haruki Murakami
-

Tanınmış yapon yazıçısı Haruki Murakami həm öz ölkəsini, həm də Çini “millətçilik isterikası”nda ittiham edib.

Yaponiya və Çin uzun illərdir ki, Senkaku (Diaoyu) adaları üstündə mübahisə edirlər.

Ötən ayın əvvəli mübahisə yenidən qızışıb.

Murakami Yaponiyanın “Asahi Shimbun” qəzetinə bildirib ki, “Ərazi mübahisəsi praktiki məsələ olmaqdan çıxıb “milli heysiyyat” məsələsinə çevriləndə təhlükəli vəziyyət yaranır, həmin vəziyyətdən çıxış yolu da olmur”.

Yaponiyanın həmin adaları özəl sahiblərindən satın alıb milliləşdirməsi Çini qəzəbləndirib .

Bundan sonra Çinin onlarla şəhərində Yaponiya əleyhinə mitinqlər keçirilib.

Murakami Çində çox populyardır. Bu arada xəbərlər yayılıb ki, Çində Yaponiya ilə bağlı kitabların, o cümlədən Murakaminin romanlarının satışı qadağan edilib.

Amma buna baxmayaraq Murakami mübahisə tərəflərinin ikisini də tənqid edib.

O, bir-birinə güzəştə getmək istəməyən Çin və Yaponiyanı millətçiliyin “ucuz şərab”ından istifadə etməkdə suçlayıb.

“Bu, ucuz şərab kimidir. O səni cəmi bir neçə qədəhdən sonra sərxoş edir və isterika vəziyyətinə düşürsən, qışqıra-qışqıra danışır, kobudluq edirsən... amma bu sərxoşluq keçəndən sonra sənə yalnız dəhşətli başağrısı qalır”.

Murakami deyib ki, siyasətçilərin insanlara belə “şərab” içirtməsinə və öz məqsədləri üçün istifadə etməsinə imkan vermək olmaz.

Mübahisə isə qızışır, Çindəki bəzi yapon şirkətlərinin işçiləri maaşlarının artırılması tələbi ilə aksiyalar keçirirlər. Yapon mallarının boykotu tələbləri səslənir, “Toyota” və “Nissan” kimi yapon şirkətləri isə Çində avtomobil istehsalını azaldır, tələbin azalacağından ehtiyat edirlər. Çinə mal daşıyan bəzi yapon şirkətləri Çin limanlarında bürokratik əngəllərlə, süründürməçiliklə üzləşdiklərini bildirirlər.

Minlərlə çinli Yaponiyaya edəcəkləri turist səfərlərini ləğv ediblər...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG