Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Qalmaqallı videonun çəkildiyi ünvanda axtarış aparılıb


-
Oktyabrın 2-də Bakı şəhər Prokurorluğunun əməkdaşları Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasında qalmaqallı videonun çəkildiyi ünvanda və rektorun qayınatası akademik Hüseyn Əhmədovun evində axtarış aparıblar.

Bunu «Turan»a Elşad Abdullayevin vəkili Adil İsmayılov deyib.

Videonun çəkildiyi ofisin (İsmayıl Qurtqaşınlı, 9) də Elşad Abdullayevin qayınatasına məxsus olduğu bildirilir.

Vəkil Adil İsmayılovun dediyinə görə, axtarış müvafiq məhkəmə qərarı olmadan aparılıb ki, bu da qanunsuzdur.

Baş Prokurorluq bu barədə hələ ki hər hansı açıqlama vermir.
XS
SM
MD
LG