Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 16:48

Avtoritarizmə qarşı yazılmış məşhur əsər


-

“Qanun” nəşriyyatı Italiya yazıçısı Antonio Tabucchi-nin “Pereyra iddia edir” romanını nəşr edib.

Bu əsər, zülmə, ədalətsizliyə, özbaşınalıq və avtoritorizmə qarşı mübarizənin ən parlaq nümunəsidir.

Əsərin qəhrəmanı Pereyra adicə jurnalistdir, onu mədəniyyət səhifəsindən, ədəbiyyatdan, əcnəbi yazıçıların əsərlərini tərcümə etməkdən başqa heç nə maraqlandırmır.

Ancaq iş elə gətirir ki, ortayaşlı, səhhətində problemlər olan bu vicdanlı adam özü də istəmədən siyasi hadisələrin axarına düşür, idealist gənclərə kömək edir.

Əsərdə bir epizodda Pereyra ölkənin iki tanınmış ziyalısının Lissabonu tərk etmək barədə danışıqlarını eşidir və onlara yaxınlaşıb deyir: «Siz xalqa lazımsınız».

Bununla Pereyra onların ölkəni tərk etməsinə qarşı çıxır, ancaq bu hadisədən qısa bir müddət sonra o özü ölkəni tərk etməli olur.

O, seçim qarşısında qalır: ya gözünün qabağında öldürülmüş gənc fəalın qətlinə göz yumaraq, susaraq ölkəsində qalmalıdır, ya da xarici ölkəyə sığınaraq Salazar diktaturasının amansızlığı barədə dünyaya xəbər verməli və vətənindən didərgin düşməlidir. Pereyra ikincini seçir. O, həqiqəti deməyi vətəndə yaşamaqdan üstün tutur.

Tərcümə edən: Səməd Səfərov

İtaliyalı yazıçı Antonio Tabukkinin (1943-2012) 1993-cü ildə qələmə aldığı “Pereyra iddia edir” romanı onu dünyada şöhrətləndirmiş, Avropa Ədəbiyyat Mükafatı (Aristeion) da daxil olmaqla dörd ədəbi mükafat qazandırmış və çağdaş İtaliya ədəbiyyatını qiymətli əsərlə zənginləşdirmişdir.

Roman bir çox dillərə tərcümə olunub. Onun süjeti əsasında baş rolda M.Mastroyanninin oynadığı bədii film çəkilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG