Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 02:34

Siyavuş Novruzov: Gülər Əhmədova YAP-ın sıravi üzvü olaraq qalır


Parlamentin oktyabrın 1-də keçirilən iclasında Gülər Əhmədovanın məsələsi müzakirə olunmadı.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov jurnalistlərə deyib ki, Gülər Əhmədova mandatından imtina etdiyi üçün məsələnin parlamentdə müzakirəsinə ehtiyac qalmır.

Siyavuş Novruzov deyib ki, Gülər Əhmədova YAP-ın sıravi üzvüdür, buna görə də onun məsələsi rayon təşkilatında müzakirə olunacaq:

«Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının sıravi üzvü olaraq qalır».
XS
SM
MD
LG