Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 10:05

Neft Emalı zavodunda partlayış olub?


Arxiv foto
Arxiv foto
Oktyabrın 1-i saat 13.30 radələrində Heydər Əliyev adına Neft Emalı Zavodunda qəza olub.

Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, qaz borusuna yüksək təzyiqli qaz dolduğundan ani partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

Polis hadisə zamanı ölən və yaralananların olmadığını bildirib.

ARDNŞ ZAVODDA PARTLAYIŞ OLMADIĞINI DEYİR

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrın 1-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işlərinin davam etdirilməsi haqqında məlumat yayıb.

Şirkətin saytının yaydığı məlumatda deyilir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb:

«Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir. Oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb».

Məlumatda bildirilir ki, «buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG