Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Ərdoğan: "Türkiyə həmişə Azərbaycanın haqlarını müdafiə edəcək"


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Ermənistanla əlaqə yaradılmasından söhbət də gedə bilməz.

ANS-PRESS-in məlumatına görə, belə bir bəyanatla bazar günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayında partiya sədri və baş nazir
Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ərdoğan birmənalı şəkildə qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyincə onunla siyasi, iqtisadi və diplomatik əlaqələr qurulmayacaq və bu işdə bizə heç kim mane ola bilməz.
XS
SM
MD
LG