Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 18:51

Venesuelada 2 müxalifət fəalı öldürülüb

Venesuelada prezident seçkisinə 1 həftə qalmış 2 müxalifət fəalı öldürülüb.

Onlar birləşmiş müxalifətin namizədi Henrique Caprilesi (Enrike Kapriles) dəstəkləyirmişlər.

Onların rəhbərlik etdiyi “ İlk növbədə ədalət” partiyasından verilən məlumata görə, müxalifət fəallarını küçədə yük maşınında ötən naməlum adamlar güllələyib.

Hadisə Barinas ştatında baş verib.

Müxalifət lideri Enrike Kapriles bundan əvvəl ölkə prezidenti Hugo Chavezi Kuba başda olmaqla xaricdəki müttəfiqlərinə boş yerə pul xərcləməkdə günahlandırıb.

Venesuelada növbəti prezident seçkisi oktyabrın 7-də keçiriləcək.

Bundan əvvəl xərçəng şişinə görə iki dəfə əməliyyat keçirmiş Chavez indi tamamilə sağaldığını və seçkidə qələbə çalacağını bildirir.

O 14 ildir ki, prezidentdir.
This item is part of
XS
SM
MD
LG