Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 04:12

Liviyada silahlar təhvil verilir


Liviyanın paytaxtı Tripoli və ölkənin şərqindəki Benqazi şəhərində yüzlərlə yerli sakin silahı təhvil verib.

Bu silahlar arasında zenit və raket qurğuları, hətta tanklar da olub.

Hökumətin məlumatına görə hazırda cəmi 200 minə yaxın adamda silah qalıb.

Liviya hökuməti Benqazidəki ABŞ səfirliyinə hücumdan sonra əhalini silahları könüllü təhvil verməyə çağırıb.

Müvəqqəti dövvlət başçısı Mohammad al Makrif keçmiş dikdator Muammar Qaddafiyə qarşı qiyamda iştirak etmiş bütün silahlı birləşmələrin buraxılacağını vəd edib.
XS
SM
MD
LG