Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:08

ABŞ Suriya xalqına 30 milyon dollar yardım ayırıb


Birləşmiş Ştatlar cümə günü Suriyaya xalqına əlavə 30 milyon dollar yardım ayırıb.

ABŞ Dövlət katibi Hillary Clintonun sözlərinə görə, bu vəsait ərzaq, su, dərman, çadır və digər lazimi vəsaitlərə sərf olunacaq.

Bundan başqa Hillary Clinton Suriyanın Dostları Qrupunun Nyu-Yorkda keçirilən görüşündə
Suriyadakı vətəndaş müxalifət qruplarına 15 milyon dollar yardım ayrılacağını bəyan edib.

BMT ötən həftə Suriya xalqına hümanitar yardım məqsədilə 488 milyon dollar vəsait toplamağa çağırıb.

Hazırda Türkiyə, İraq, Livan və İordaniyada 300 minədək Suriya qaçqını var.
XS
SM
MD
LG