Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:49

Sergey Lavrov qərbi tənqid edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş Assambleyasının sesiyasında
Qərb ölkələri və onların müttəfiqlərinin Suriya münaqişəsində siyasətini tənqid edib.

O qeyd edib ki, təhlükəsizlik şurasının razılığı olmadan birtərəfli qaydada qəbul edilən sanksiyalar və siyasi rejimləri dəyişmək cəhdləri beynəlxalq hüquq sistemini laxladır.

O bildirib ki, insan haqları məsələsi digər dövlətlərin daxili işlərinə qarışmağa əsas verə bilməz.

Lavrov münaqişənin həlliylə bağlı iyunda Cenevrədə qəbul edilmiş razılaşmanın şərtlərini yerinə yetirməyə çağırıb.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu isə BMT-ni Suriya münaqişəsini həll edə bilməməkdə günahlandırıb.
XS
SM
MD
LG