Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Atəşə tutulan prezident xəstəxanaya düşdü



Çex Respublikasının prezidenti Vaclav Klaus sentyabrın 28-də oyuncaq tapanca ilə atəşə tutulub. İctimai tədbirlərin birində prezidentə atışan plastik toplar dövlət başçısını xəstəxanalıq edib.

Ölkənin şimalında Xrastava şəhərində körpü açılışında 26 yaşlı bir gənc prezidenti kiçik plastik top atəşinə tutub. Onu dərhal həbs ediblər.

Yerli Nova TV telekanalına müsahibəsində prezident Klaus deyib ki, öz cangüdənlərinə “siz darmadağın oldunuz” deyib. 71 yaşlı prezident xəstəxanaya müayinəyə gedib. Məlum olub ki, dövlət başçısı sadəcə bir qədər həyəcanlanıb, başqa zədəsi yoxdur.
XS
SM
MD
LG