Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

Duma müxalifətdən olan deputatının danışmasına qadağa qoydu


Rusiya Dövlət Duması müxalifətdən olan deputatın parlament qarşısında çıxışına bir aylıq qadağa qoyan qərar qəbul edib. Bundan bir qədər əvvəl müxalifətdən olan deputat İlya Ponomaryov hakim partiyanı “dələduzlar və oğrular” adlandırmışdı. Həmin ifadənin müəllifi Rusiyada tanınmış anti-korrupsiya fəalı Aleksey Navalnıdır və bu sözlər müxalifətin keçirdiyi etiraz aksiyalarında çox istifadə olunur.

İki həftə əvvəl müxalifətdən olan başqa bir deputat Gennadi Qudkov da parlamentdən çıxarılıb. Onu bizneslə məşğul olmaqda ittiham edərək mandatını əlindən alıblar.
XS
SM
MD
LG