Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 18:16

Suriyada müharibə cinayətlkəri üzrə araşdırma aparan qrupun səlahiyyət müddəti uzadıldı


BMT-nin insan haqları komissarlığı Suriya hakimiyyətini ölkə boyu genişmiqyaslı zorakılıqlarda ittiham edən qətnamə qəbul edib.

Qətnamədə Suriyada müharibə cinayətlərinə dair araşdırma aparan qrupun mandatının daha 6 ay uzadılması nəzərdə tutulur.

Çenevrədə yerləşən qurumun üzvü olan 47 dövlətdən 41-i sənədin lehinə səs verib. Çin, Kuba və Rusiya ona qarşı çıxıb, 3 ölkə isə bitərəf qalıb.
XS
SM
MD
LG