Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

MTN narkotik qaçaqmalçıları ilə bağlı məlumat yayıb


-
Sentyabrın 28-də Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığı ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib. Onlardan 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
XS
SM
MD
LG