Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Qalmaqallı filmə görə ABŞ-da bir nəfər saxlandı


ABŞ-da çəkilən və İslam peyğəmbərinin təhqiri kimi qiymətləndirilən filmlə bağlı Nakoula Basseley adlı bir nəfər Kaliforniyada saxlanıb. Sentyabrın 28-də yayılan rəsmi xəbərə görə o, bank fırıldaqlarına görə istintaqda olub və həbsdən 2011-ci ildə azad edilibmiş.

İstintaq dövründə Nikoulanın rəsmi icazə olmadan internetdən istifadə etməsi qadağan edilib.

Misir əslli xristian Nakoula Basseley “Müsəlmanların məsumiyyəti” adlı qalmaqallı filmdən sonra gizlənirmiş. Həmin filmin anonsunu yayan adamın Basseley olduğu güman edilir.

Bu ayın əvvəlində yayılmış həmin film müsəlman dünyasında kəskin etirazlara səbəb olmuş, ABŞ-ın Liviyadakı səfiri də daxil olmaqla onlarla adamın ölümü ilə nəticələnmişdi.
XS
SM
MD
LG