Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 22:24

“İran bütün hərbi hücumların qarşısını almaq iqtidarındadır”


İran hər hansı hərbi hücumun qarşısını almaq iqtidarındadır. Bunu İranın BMT-dəki nümayəndəsinin müavini Eshagh al-Habib bildirib.

O bunu İsrailin baş naziri Benjamin Netanyahunun İranla bağlı səsləndirdiyi “qırmızı xətt” təklifinə cavab olaraq bildirib.

Benjamin Netanyahu BMT-nin sessiyasında bildirib ki, İranın atom bombası üçün lazım olan uranı 90% zənginləşdirməsinin qarşısı alınmalıdır. O, fikrini iştirakçılara sxemlə çatdırıb. Bikford fitilli bomba şəklinin çəkildiyi sxemin aşağısında “90%” yazılmış xətt olub. B. Netanyahu barmağı ilə bombanın dar hissəsini göstərərək “qırmızı xətt”in buradan keçməli olduğunu deyib.

Eshagh al-Habib Netanyahunun fikirlərini əsassız və cəfəng adlandırıb. Deyib ki, İranın nüvə proqramı dinc məqsədlidir.
XS
SM
MD
LG