Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 13:20

Rusiya Dövlət Dumasının sədri AŞPA-nın sesiyasına getmir


Avropa Şurası Parlament Assambleyası Rusiya Dövlət Dumasının sədri Sergey Narıshkinin oktyabrda şuranın iclasında iştirakdan imtina etməsindən təəssüf bildirib.

Şuranın sədri Jean-Claude Mignon (Jan Clod Minon) deyib ki, sesiya zamanı Duma sədri ilə fikir mübadiləsi Rusiyanın assambleyada fəaliyyətinə qiymət verilməsinə kömək edərdi.

Narıskin cümə axşamı bildirib ki, onun çıxışı bir sıra assambleya üzvləri tərəfindən eşidilməyəcəyindən sesiyaya getməyəcək.

Sesiyada Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhtəliklərin yerinə yetiriməsilə bağlı hesabat müzakirə olunmalıdır.
XS
SM
MD
LG