Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:53

Qərb bölgəsindəki təcridxanalarda monitorinqlər keçirilib


Monitorinqi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri Elçin ŞirinovSüleyman Süleymanov keçirilib.

Gəncə ilə yanaşı Daxili İşlər Nazirliyinin tabeliyində olan Yevlax , Tərtər, Mingəçevir, Samux, Göygöl və Ağdam rayon Polis Şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında da monitorinq aparılıb.

Gəncədəki müvəqqəti saxlama təcridxanalarında təmir işləri ilə tanış olan nümayəndələr müvəqqəti olaraq Göygöl rayonunda yerləşən Gəncəyə məxsus müvəqqəti saxlama - təcridxanasına da nəzər yetiblər. Monitorinq zamanı saxlanılan şəxslərlə fərdi söhbətlər aparılıb, onların saxlanma şəraiti ilə tanış olunub. Aparılan yoxlamalar zamanı Goranboy rayon Polis Şöbəsinin əsaslı təmirə ehtiyacı olduğu və orada şəraitin yaxşı vəziyyətdə olmadığı qeydə alınıb.

Nümayəndələr bildiriblər ki, yoxlamalar zamanı qeydə alınmış bu və digər məsələlərlə bağlı daxili işlər naziri Ramil Usubov məlumatlandırılacaq.
XS
SM
MD
LG