Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 07:33

Afinada 120 etirazçı saxlanıb


Bu gün Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasında toqquşma olub.

Polis kəskin iqtisadi tədbirlərə etiraz edən kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

120-dən çox adamın saxlandığı xəbər verilir.

Ölkədə 24 saatlıq tətil elan edilib.

Müxtəlif məlumatlara görə, nümayişdə 50-100 min arası adam iştirak edib.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə əldə edilmiş razılaşmaya əsasən
Yunanıstan 2015-ci ilədək büdcə xərclərini 11,5 milyard avro ixtisar etməli və əvəzində 31 milyar avro növbəti kredit almalıdır.

Əks halda ölkə defoltla üzləşəcək.
XS
SM
MD
LG