Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Çingiz Aytmatovun nəşr olunmamış romanı tapılıb


Şirin Aytmatova
Şirin Aytmatova
-

Çingiz Aytmatovun arxivindən nəşr olunmamış “Torpaq və fleyta” adlı romanının əlyazması tapılıb.

Xəbəri K-News saytı yazıçının qızı Şirin Aytmatovaya istinadla yayıb.

Romanda Qırğızıstandakı Böyük Çuy kanalının tikintisində iştirak edən bir adamın həyat tarixçəsi əks olunub.

“Əlyazmanın vərəqləri saraldığından, düşünürük ki, atam bu romanı çoxdan yazıb. Onu təzədən elektron formata saldıq. Bu ilin içində onu rus dilində nəşr etdirmək istəyirik”--Xanım Aytmatova belə deyib.

Yazıçının qızı romanın çox emosional olduğunu, böyük yazıçının o üzdən romanı sağlığında çap etdirmək istəmədiyini bildirib.

Şirin Aytmatova romanın gələcəkdə ingilis dilinə tərcüməsinin də gerçəkləşdiriləcəyini söyləyib.

Qırğız yazıçısı Çingiz Aytmatov (1928-2008) dünya ədəbiyyatının klassiklərindən sayılır. O “İlk müəllim”, Gün var əsrə bərabər”, “Darağacı” , “Əlvida, Gülsarı” və s məşhur romanların müəllifidir.

Yazıçı Sovetlər dönəmində 3 dəfə Dövlət Mükafatına və dünyanın saysız ədəbiyyat mükafatlarına layiq görülüb.
Çingiz Aytmatov qızı Şirinlə, 1985
Çingiz Aytmatov qızı Şirinlə, 1985

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG