Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Suriyada İranın Press TV telekanalının müxbiri ölüb


Bu gün Dəməşqdə baş verən partlayışlar və atışmalar nəticəsində İranın Press TV telekanalının müxbiri Maya Nasser ölüb.

Telekanalın saytının məlumatında bildirilir ki, 33 yaşlı Maya Nasser Suriya vətəndaşıdır. O, snayperdən açılan atəş nəticəsində ölüb.

Başqa bir İran telekanalı “al-Alam” isə bildirib ki, telekanalın Dəməşq bürosunun rəhbəri, Livan vətəndaşı Hussein Mortada yaralanıb.

Bu gün səhər Suriyanın paytaxtı Dəməşqdə iki partlayış olub. Partlayış Suriya Ordusu Baş Qərargahı yaxınlığında baş verib.

Suriya dövlət televiziyasının məlumatına görə, partlayışın yerində yanğın başlayıb. Xəbərdə partlayışı terrorçuların törətdiyi bildirilib.

Partlayışa görə məsuliyyəti “Azad Suriya Ordusu” üstünə götürüb.
XS
SM
MD
LG