-
Sovet zabiti Petrov dünyanı nüvə müharibəsindən necə xilas etdi?
26 sentyabr, 1983-cü il.
Gecəyarısından az keçmiş Moskva ətrafındakı “Serpuxov-15” məxfi bunkerində həyəcan siqnalı işə düşür.
Həmin bunkerdə SSRİ-nin hava hücumundan müdafiə sisteminin ilkin xəbərdarlıq qurğuları yerləşirdi.
Radarlar Amerikadan SSRİ üzərinə 5 ballistik raketin gəldiyini göstərirdi.
Kapitalist dünyası və SSRİ arasında münasibətlərin elə bir dövrü idi ki, gecə növbəsində olan pokovnik-leytenant Stanislav Petrov radarın göstərdiyinə inanmalı idi.
Çünki bundan cəmi 3 həftə əvvəl SSRİ onun hava məkanına girmiş Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vurmuşdu.
Təyyarədəki 269 nəfər, o cümlədən Amerika Nümayəndələr Palatasının üzvü həlak olmuşdu.
Bu, böyük beynəlxalq gərginlik yaratmışdı.
Radarın Amerikadan ballistik raketlər gəldiyini göstərdiyi dövrdə NATO güc nümayişi üçün hərbi təlimlər də keçirirdi.
Bəlkə də başqa zabit olsaydı, SSRİ-yə qarşı nüvə hücumunun başlanmasını təxmin edər, komandanlığa bu barədə raport verər və Sovetlər Birliyinin cavab zərbəsi vurmasına yol açılmış olardı.
Amma Petrov şübhələnir. Xüsusən də raketlərin sayından. Niyə cəmi 5 raket? Əgər ABŞ SSRİ-yə nüvə zərbəsi endirmək istəsəydi, bu, raket yağışı olmalı və cavab zərbəsini mümkünsüz etməli idi.
“Mən səhv etmək istəmirdim. Qərar verdim ki, bu, radarın səhvidir” – deyə Petrov xatırlayır.
Belə qərar verilməsinin bir səbəbi də zabitin SSRİ-nin ilkin xəbərdarlıq sisteminə inamsızlığı ilə bağlı idi.
Sonralar Petrov həmin sistemi “zibil” adlandıracaqdı.
Ona görə də Petrov yuxarılara həyəcan siqnalının səhvən işə düşdüyünü məruzə edir və oturub bütün bunların nəylə bitəcəyini gözləyir...
Əvvəlcə rəhbərlik soyuqqanlı qərarına görə Petrova təşəkkür edir, amma sonradan zabit tənqidlər eşitməyə başlayır, sistemdəki problemi onun ayağına yazmaq istəyirlər. Amma insidentlə bağlı başlanmış təhqiqatda günah ilkin xəbərdarlıq sisteminin özünün “boynuna qoyulur”. Bu nəticəyə gəlinir ki, sistem necə olubsa, Günəş şüalarının buludlara “dəyib” əks olunmasını ballistik raket hücumu kimi “anlayıb”.
Petrov indi hərbçi təqaüdü ilə Moskva ətrafındakı bir kənddə yaşayır.
Washington Post