Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Səhiyyə Nazirliyinə 20 milyon manat ayrıldı


Dövlət başçısı İlham Əliyev bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi üçün əlavə tədbirlərə sərəncam verib.

Mediaforum saytının məlumatına görə, sərəncamla 2012-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 20 milyon manat ayrılır.

Həmin vəsait belə bölünəcək: Bakı Sağlamlıq Mərkəzi üçün 5 milyon manat; Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3 milyon manat.
XS
SM
MD
LG