Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 19:06

Talibançıların cəsədlərini murdarlayan amerika əsgərləri məhkəməyə çıxarılır


Əfqanıstanda öldürülmüş talibançıların cəsədlərini murdarlayan iki ABŞ dənizçisi hərbi tribunala çıxarıla bilər. iki serjant vəzifə səlahiyyətlərini yerinə yetirməməkdə ittiham olunur. 2011-ci ilin iyulunda baş verən hadisənin görüntüləri bu ilin yanvarında internetdə yayılandan sonra ciddi etirazlar doğurmuşdu.

Əfqanıstan prezidenti Hamid Karzai də amerikalıların hərəkətini insanlıqdan uzaq adlandırmışdı. Ötən ay olayda iştirak edənlərdən 3 nəfəri günahkar sayılsa da, cinayət məsuliyyətinə cəlb edilməyib və ancaq inzibati şəkildə cəzalandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG