Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

İsveçrə restoran və barlarda siqaret çəkilməsinə səs verib


İsveçrə siqaret çəkilməsinə qadağanın genişləndirilməsini rədd edib.

Sentyabrın 23-də keçirilən referendumda İsveçrə seçiciləri restoran və barlarda siqaret çəkilməsini dəstəkləyib.

Referendumda iştirak edən seçicilərin 66 faizi restoran və barlarda siqaret çəkilməsi qadağan edilsinmi sualına "yox" cavabını verib.

Mövcud qanuna görə, restoran sahibləri qonaqlarına xüsusi otaqlarda siqaret çəkməyə icazə verə bilər.

Siqaret çəkilməsinin qadağan edilməsinin tərəfdarları hesab edirlər ki, bu, sağlamlığa müsbət təsir edərdi.
XS
SM
MD
LG