Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 20:36

Belarusda müxalifətsiz parlament formalaşdı


Arxiv foto: Minskdə parlament sessiyası
Arxiv foto: Minskdə parlament sessiyası
Belarusda formalaşan parlamentdə müxalifət təmsilçisi yoxdur.

Sentyabrın 23-də Belarusda parlament seçkisi keçirilib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 109 namizəd böyük əksəriyyətin səsini qazanıb.

Ölkə rəhbəri Alyaksandr Lukashenka siyasətini dəstəkləyən «Kommunist» Partiyasından üç, «Kəndli» partiyasından isə bir namizəd parlamentə düşüb.

Müxalif partiyalarının əksəriyyəti seçkini boykot edib.

ATƏT Belarusa 300 müşahidəçi göndərib, onlar bu sentyabrın 24-də öz rəyini açıqlayacaqlar.
XS
SM
MD
LG