Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:44

Pakistanın baş naziri: “Bu, dövlət siyasəti deyil”


Pakistanın baş naziri sentyabrın 23-də nazirin anti-islam filmi kimi qəbul edilən "Müsəlmanların məsumluğu"nun müəllifinin başına pul qoymasına münasibət bildirib.

Baş nazir Raja Pervez Ashrafin sözçüsü Shafqat Jalil Frans Press Agentliyinə bildirib ki, nazirin belə bir mükafat vəd etmişdi "dövlət siyasəti deyil".

Dəmiryol naziri Ghulam Ahmed Bilour “Müsəlmanların məsumluğu” filminin müəllifinin başına 100 min dollar mükafat qoyub.

Nazir bildirmişdi ki, həmin adamın təqib olunmasına Taliban və Əl Qaidənin üzvləri də qoşula bilərlər.
XS
SM
MD
LG