Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

Berti Voqts:" Azərbaycanda futbolçular gündə 2 dəfə məşq etmək istəmirlər"


 Berti Vogts
Berti Vogts
"Hazırda Azərbaycan çempionatında azı 4 yerli futbolçu çıxış etməlidir.
Mənim bu ölkəyə gəlişimə qədər elə komandalar vardı ki, yalnız legionerlərlə çıxış edirdilər.
Bu gün isə hər klubda biri 21 yaşlı olmaqla 4 yerli futbolçu oynamalıdır”.

Qol.Az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Voqts Bakıda Almaniyanın “Kikker” nəşrinə müsahibəsində bildirib.

Berti Voqts qeyd edib ki, Azərbaycanda oyunçular gündə iki dəfə məşq etmək istəmirlər.

Onlar artıq Mərkəzi Avropa futboluna yaxınlaşmalıdırlar.

Azərbaycan millisinə gəldikdə isə Voqts qeyd edib ki, futbolçular bir-birilərini tənqid etməyi, oyun vaxtı buraxdıqları səhvləri üzə deməyi bacarmırlar.
XS
SM
MD
LG