Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 17:20
Rusiyanın keçmiş müdafiə naziri Pavel Grachev (Pavel Qraçov) vəfat edib

Bu barədə keçmiş nazirin müalicə aldığı “Vişnevski” hospitalı məlumat yayıb.

Grachev sovetlərin Əfqanıstan kampaniyası zamanı fərqlənən zabitlərdən biri olub. 1991-ci ildə SSRİ-də baş verən "avqust qiyamında" Yeltsinin tərəfini tutaraq, Ağ evə hücum etmək əmrindən imtina edib.

1992-ci ildə, SSRİ dağılandan sonra Yeltsin onu müdafiə naziri təyin edib. Onun adı Azərbaycanda daha çox respublikadan sovet qoşunlarının çıxarılması və Gəncə qiyqamı ilə bağlı hallandırılır. Rusiyada isə Grachevu 1994-1996-cı illərdə Rusiyanın Çeçemistanda apardığı uğursuz müharibə ilə bağlı xatırlayırlar. 1996-cı ildə prezident seçkilərində siyasi gediş kimi Yeltsin Grachevu müdafiə naziri vəzifəsindən çıxarıb, hərbi sənaye komölksinə rəhbər təyin etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG