Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

İsrail Misirlə sülh müqaviləsində istənilən dəyişikliyə qarşıdır


İsrail 1979-cu ildə Misirlə imzalanmış sülh müqaviləsində istənilən dəyişikliyə qarşıdır.

Bunu İsrailin xarici işlər naziri Avigdor Liberman deyib.

İsrail bu müqaviləyə əsasən Sinay yarmadasını Misirə qaytarıb və Qahirə orda məhdud sayda ordu saxlamalıdır.

Amma Misir prezidenti Mohammad Morsi də daxil olmaqla, Misirin bir sıra siyasi xadimləri yarmadadakı yaraqlılarla effektli mübarizə aparmaq üçün son vaxtlar bu məsələyə yenidən baxılmasını təkid edirlər.

Misir hazırda yarmadaya əlavə qüvvələr atıb.

İsrail əməliyyat bitdikdən sonra onların çıxamasını gözləyir.
XS
SM
MD
LG