Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:59

BMT Sudanla Cənubi Sudanı mübahisəni yoluna qoymağa çağırıb

BMT-nin baş katibi Ban Kİ Moon Sudanla Cənubi Sudan arasındakı münaqişəsini dinc yolla həll etməyə çağırıb.

BMT-nin təhlükəsizlik şurası xəbərdarlıq edib ki, əgər tərəflər aralarındakı mübahisəni həll etməsələr hər iki ölkəyə qarşı sanksiyalar tətbiq ediləcək.

Həmçinin Birləşmiş Ştatlar hər iki ölkəni ərazi mübahisəsini yoluna qoymağa və Afrika
Birliyinin təklif etdiyi planı qəbul etməyə çağırıb.

Bazar günü Efiopiyada Sudan və Cənubi Sudan prezidentlərinin görüşü olmalıdır.

Cənubi Sudan ötən il rəsmi şəkildə Sudandan ayrılaraq müstəqil dövlət olub.
This item is part of
XS
SM
MD
LG