-
Sentyabrın 23-də Bakıda keçirilən Azərbaycan diplomatlarının dördüncü müşavirəsi başa çatıb. Bu haqda məlumat Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sentyabrın 23-də Bakıda keçirilən Azərbaycan diplomatlarının dördüncü müşavirəsi başa çatıb. Bu haqda məlumat Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Müşavirənin sonuncu günü Milli Məclisin spikeri Oqtay Əsədov, Təhsil naziri Misir Mərdanov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Diaspora Komitəsinin sədri Nazim İbrahimov səfirlər qarşısında çıxış ediblər.
Çıxışlarda parlamentlərarası təmasların artırılması, Azərbaycanın təhsil, mədəniyyət, turizm və xaricdəki diaspora ilə bağlı siyasi kursunun həyata keçirilməsinə dair fikirlər səsləndirilib.
Müşavirənin birinci günündə prezident İlham Əliyev də çıxış edib. O bildirib ki, xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. “Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir”, deyə prezident bildirib.
Azərbaycan diplomatlarının bu sayca dördüncü müşavirəsidir. Belə müşavirələr 2004-cü ildən keçirilir.