Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:50

Əfqanıstanla Çin əməkdaşlıq razılşaması imzalayıblar

Çinlə Əfqanıstan təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq razılşaması imzalayıblar.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Cjo Yunkan bu gün Kabilə gözlənilməz səfər edib.

O eyni zamanda daxili təhlükəsizlik xidmətinin rəhbəridir.

Bu son yarım əsrdə yüksək rütbəli Çin məmurunun Əfqanıstana ilk səfəridir.

Əfqanıstan prezidenti Hamid Karzai Cjo Yunkan ilə görüşdə Çinin Əfqanıstanın etibarlı dostu olduğunu bildirib.

Şərhçilər hesab edir ki, Pekin NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi ərəfəsində bu ölkədə nüfuzunu artırmağa cəhd göstərir.
This item is part of
XS
SM
MD
LG