Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Çin Yaponiya ilə diplomatik münasibətlərin 40 illiyini təxirə salıb


Çin rəhbərliyi Yaponiya ilə diplomatik münasibətlər qurulmasının 40 illiyinə həsr edilmiş bütün tədbirləri təxirə salıb.

Çin-Yaponiya Dostluq Assosasiyası Sinxua agentliyinə bildirib ki, bu tədbir nəzərdə tutulduğu kimi sentyabrın 27-də yox, müvafiq vaxtda keçiriləcək.

Amma Çinin xarici işlər nazirliyi hələlik bu məlumatı təsdiqləməyib.

Şərqi-Çin dənizindəki mübahisəli adalara görə son vaxtlar iki ölkə arasındakı münasibətlər pisləşib.
XS
SM
MD
LG