Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Belarusda parlament seçkisi keçirilir


Bu gün Belarusda parlament seçkisi keçirilir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5 günlük vaxtındanəvvəl səsvermələrdə artıq 26 faizə yaxın seçici iştirak edib.

Müxalifət bəyan edib ki, hakimiyyət bundan seçkini saxtalaşdırmaq üçün istifadə edir.

110 yerlik parlament uğrunda 290-dan çox namizəd mübarizə aparır ki, onların əksəriyyəti prezident Lukaşenko rejimini dəstəkləyən partiyaları təmsil edir.

Əksər müxalifət partiyaları seçkini baykot edir.

Amnesty International təşkilatı seçki ərəfəsində Belarusda həbslər aparıldığını, müxalifət fəallarının saxlandığını deyir.

İki il əvvəl prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyası zamanı ölkədə kütləvi həbslər aparıldı.

Hüquq müdafiəçiləri hələ də 15 siyasi məhbusun həbsdə olduğunu deyirlər.

Seçkinin baş tutması üçün 50 faiz seçicinin iştirakı lazımdır.
XS
SM
MD
LG