Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Qafqazda və Yaxın Şərqdə ən qədim yaşayış yerinin Naxçıvanda olduğu bildirilir


-
Naxçıvandakı Şahtaxtı qədim yaşayış məskəni eneolit dövründən indiyədək Qafqaz və Yaxın Şərqdə intensiv yaşayış yeri olmuş yeganə abidədir.

Bunu Trend-ə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

«İndiyədək Şahtaxtı qədim yaşayış yerinin 3500-4000 illik tarixinin olduğu və eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid olması deyilirdi. Son araşdırmalar isə sübut etdi ki, bu abidə eramızdan əvvəl VI-V minilliyə aiddir və onun 8 min illik tarixi var».
XS
SM
MD
LG