Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

Havalar sərinləşir


-
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün birinci yarısında havanın temperaturu 29-31, axşama doğru isə 22 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi dağlıq rayonlarda duman, çiskin olacağı, şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
XS
SM
MD
LG