Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Azərbaycan dindarları ən çox sıxışdıran rejimlər siyahısında


Dünya əhalisinin ¾-ü dini etiqad azadlığını çox məhdudlaşdıran rejimlərdə və ya cəmiyyətlərdə yaşayır. Pew Araşdırmalar Mərkəzinin keçirdiyi sorğular nəticəsində hazırladığı son hesabatda belə deyilir.

Hesabata görə, ümumilikdə son illər ərzində dünyada dini dözümsüzlük artır. Bunu göstərmək üçün, Pew Araşdırmalar Mərkəzi iki indeks təqdim edib. Rejimlər tərəfindən Dini etiqad azadlığını kəskin məhdudlaşdırma səviyyəsi və cəmiyyətlərdə dini dözümsüzlük ölçülüb.

DİNİ ƏN ÇOX MƏHDUDLAŞDIRAN REJİMLƏR

Dünyanın 197 ölkəsində aparılan sorğular nəticəsində Dini etiqad azadlığını ən çox məhdudlaşdıran 18 rejim ortaya çıxıb. Onların arasında isə Azərbaycan da var: 6.9 balla.

Azərbaycanla yanaşı bu siyahıda Misir, İndoneziya, Maldiv, Səudiyyə Ərəbistanı, Əfqanıstan, İran, Özbəkistan, Tunis, Eritreya, Çin, Suriya, Birma, Rusiya, Vyetnam, Yəmən, Əlcəzair və Belarus da yer alır.

Mərkəz bildirir ki, son illər ərzində isə bu siyahıdakı ölkələrin sayı artır, 2007-ci ildə Dini etiqad azadlığını ən çox məhdudlaşdıranlar siyahısında 10 ölkə vardısa, indi onların sayı 18-dir.

Bu siyahıya düşən ölkələrdə hökumət dini etiqad azadlığına müdaxilə edir, inanclıların davranışı, adətlərini, dini geyimlərinə qadağalar qoyur və təqib edir.


SOSİAL DÜŞMƏNÇİLİK İNDEKSİ

Pew Araşdırmalar Mərkəzinin ikinci indeksi isə Sosial Düşmənçilik İndeksidir. Cəmiyyətin dini dözümsüzlüyünü ölçən bu indeksdə - Azərbaycan daha yaxşı yerdə sıralanıb. Sosial Düşmənçilik İndeksində Azərbaycanın balı ancaq 2.2- dir.

Müqayisə üçün İsrail, Rusiya, Almaniya, Fransa, İran, Türkiyə, Ermənistan, kimi ölkələr Azərbaycandan çox irəlidədirlər.
Məsələn, Ermənistanın Sosial Düşmənçilik indeksi 4.3 – dür, Azərbaycandakından 2 dəfə çox.

DİNİ SIXANLARIN AXIRI NECƏ OLUR?

Bütün bu rəqəmlərin nəyəsə təsiri varmı? Pew Araşdırmalar Mərkəzi bu suala da cavab verir. Hesabata görə, rəqəmlər göstərir ki, o ölkələrdəki dini etiqad azadlığı daha çox məhdudlaşdırılır və gərginlik daha yüksəkdir, həmin ölkələrdə inqilablar qaçılmaz olur.

Məsələn, Pew Araşdırmalar Mərkəzi bildirir ki, Ərəb Baharı inqilablarının yer aldığı Misir, Tunis, Yəmən, Liviya kimi ölkələri buna misal göstərmək olar.

QƏRBDƏ DİNİ DÖZÜMSÜZLÜK SÜRƏTLƏ ARTIR

Hesabatda maraqlı başqa bir tendensiya isə Qərb dövlətlərində də dini dözümsüzlüyün ildən ilə artmasıdır. Məsələn, İsveçrə, Fransa, Britaniya və ABŞ-da müəyyən qadağalar qoyulur və əsasən müsəlmanların azadlığı məhdudlaşdırılır.


Hesaba görə, ümumilikdə xristianları 95, müsəlmanları 74 ölkədə rejimlər sıxırlar. Bu baxımdan ən rahat yəhudilərdir, ancaq onlar da rejimlər tərəfindən təzyiq görməsələr də, cəmiyyətlər tərəfindən ən çox ayrı-seçkiliyə məruz qalanlardandırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG