Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

Futbola görə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Sentyabrın 22-də Bakıda başlayacaq 17 yaşa qədər qızlar arasında üçüncü Dünya Çempionatı ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov «Turan»a belə deyib. Onun sözlərinə görə, şənbə günü saat 13:00-dan Tofiq Bəhramov adına Respublika Stadionuna yaxın ərazidə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Çempionat dövründə həmçinin Dövlət Bayraq Meydanı, «Azneft» meydanı, Neftçilər prospekti, həmçinin Rəşid Behbudov, A.Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif küçəsi, Qələbə meydanı, Təbriz, Ağaoğlu, Həsənoğlu, Fətəli Xan Xoyski küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
XS
SM
MD
LG