Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:19

İran yeni havadan müdafiə sistemləri nümayiş etdirir



Sentyabrın 21-də İran özünün yeni havadan müdafiə sistemlərini nümayiş etdirib. Tehran rəsmiləri yeni sistemin ABŞ-ın hücum təyyarələrinə qarşı hazırladıqlarını iddia edirlər.

Raad adı verilən yeni sistem bu gün Tehranda İran-İraq müharibəsinin başlanmasının ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

İranın İnqilab Keşikçiləri Qvardiyasının hərbi hava qüvvələrinin rəhbəri, general Ami Ali Hajizadeh bildirib ki, Raad`ın raketləri 50 kilometr məsafədə hədəfləri məhv edir və bu sistem yalnız ABŞ hərbi təyyarələrinə qarşı hazırlanıb.
XS
SM
MD
LG