Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:50

İranın nüvə obyektlərinə zərbə 10 000 nəfərin ölümü ilə nəticələnə bilər


Bu barədə ABŞ-dakı Utah Universitetinin yeni araşdırmasında bildirilir. “Ayətullahların nüvə oyunu” adlanan hesabatda həmçinin qeyd edilir ki, nüvə obyektlərinə hücumun ətraf mühitə olduqca ciddi ziyan vura bilər.

Müəlliflər güman edirlər ki, İranın nüvə proqramını dayandırmaq əsasən onun 4 müəssisəsi hədəfə alına bilər. Bunlar İsfahan, Natanz, Arak və Buşehr nüvə obyektləridir. Hesabata görə həmin obyektlərin kənardan vurulması həmin müəssisələrdə azı çalışanlar arasında 5 000 nəfərin ölümü ilə nəticələnə bilər. Onların ətrafında da minlərlə dinc sakin kimyəvi zəhərlənməyə, radiasiyaya məruz qala bilərlər.

İsrailin Baş naziri Benjamin Netanyahu tez-tez İranın nüvə fəaliyyətinin dayandırılması üçün onun hərbi obyektlərinin vurulması haqqında daha çox danışır. Tehran da onun hədələrinə İraili yox etməklə cavab verir.
XS
SM
MD
LG