Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 18:37

Tbilisidə üçüncü gündür ki, kütləvi etiraz aksiyaları davam edir


Gürcüstanın paytaxtı Tbilisidə artıq üçüncü gündür ki, kütləvi etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları həbsxanalarda məhbuslara işgəncə verilməsi və onların zorlanması ilə bağlı məlumatlarda adı hallanan yüksək vəzifəli şəxslərin istintaqa cəlb olunmalarını tələb edirlər.

Bir neçə gün əvvəl həbsxanada məhbusların döyülmələri və zorlanmaları barədə videolar yayılandan sonra paytaxt və başqa şəhərləri etirazlar bürüyüb. Buna görə ölkənin həbsxanalara nəzarət edən naziri və daxili işlər naziri istefa veriblər.

Prezident Mikheil Saakashvili də məhbusların üzləşdikləri zorakılıqdan dəhşətə gəldiyini, günahkarların cəzalandırılacağını deyib. Prezident eyni zamanda bu hadisədən siyasi oyun kimi istifadə olunmasını pislədiyini bildirib.

Bu video Gürcüstanda parlament seçkisinə bir neçə gün qalmış yayılır.
XS
SM
MD
LG